Sosial şəbəkədə biz:

BDU-nun Jurnalistika fakültəsinə yeni dekan seçildi

06 July 2017, 13:52
Gündəm
Bakı Dövlət Universitetində (BDU)yeni təyinat olub. Modern.az-ın əldə etdiyi məlumata görə, universitetin Beynəlxalq Jurnalistika kafedrasının müəllimi Vüqar Zifəroğlu Jurnalistika fakültəsinin dekanı seçilib. Məsələ ilə bağlı universitetin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova Modern.az-a faktı təsdiqləyib. P.İbrahimova V.Zifəroğlunun bu gündən vəzifəsinin icrasına başladığını bildirib. Qeyd edək ki, V.Zifəroğlu mayın 12-də dekan əvəzi təyin olunmuşdu. Ona qədər BDU-nun Jurnalistika fakültəsinin dekanı vəzifəsini müvəqqəti olaraq Cahangir Məmmədli icra edirdi.