Sosial şəbəkədə biz:

Əhməd Şahidov CBC kanalına müsahibə verib - VİDEO

11 July 2017, 23:06
Gündəm
Artıq 3-cü ildir ki, azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb. 2014-cü ilin İyul ayının 11-də öz dədə-baba məzarlarını ziyarət etmək üçün Kəlbəcərə səfər edən üç azərbaycanlı – Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov ermənilər tərəfindən əsir götürülür.Qeyri-insani rəftara və işgəncələrə məruz qalan əsirlərdən Həsən Həsənov 2014-cü ilin İyul ayının 11-də qətlə yetirilir… Ermənilər Həsənin meyitini vermək istəmirdilər… Yenə də Azərbaycan dövlətinin güclü siyasi iradəsi və beynəlxalq ictimaiyyətin davamlı təzyiqləri nəticəsində ermənilər cəsədi təhvil verirlər. Təəssüflər olsun ki, girovlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyev hələ də erməni girovluğundadırlar. Bu müddət ərzində ermənilər girovlar üzərində saxta məhkəmə prosesi qurdular və uydurma ittihamlarla Şahbaz Quliyevi 22 il, Dilqəm Əsgərovu isə ömürlük azadlıqdan məhrum etdilər. Bu proses ümumilikdə bütün bəşəri dəyərlərin, beynəlxalq hüquq normalarının və fundamental insan haqlarının kobud şəkildə pozulmasıdır, Ermənistan dövlətinin terrorçu mahiyyətinin əyani sübutudur. Çünki, bu insanlar – Dilqəm və Şahbaz azərbaycanlılardır, getdikləri ərazilər rəsmən Azərbaycan torpaqlarıdır, beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilmiş Azərbaycan sərhədləri daxilində bir məntəqədən digərinə hərəkət ediblər, Azərbaycan-Ermənistan sərhədlərini pozmayıblar. Ötən üç il ərzində azərbaycanlı girovların azad edilməsi istiqamətində müxtəlif istiqamətdə intensiv iş aparılır. İlk növbədə, Azərbaycan Prezidenti İlham Əliyevin keçirdiyi görüş və çıxışlarında bu məsələni qaldırması və dünya ictimaiyyətinə çağırışlar etməsi xüsusi əhəmiyyət kəsb edir.Bundan başqa, Xarici İşlər Nazirliyi, habelə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası da bu sahədə kifayət qədər intensiv fəaliyyət göstərirlər.