Sosial şəbəkədə biz:

“Qarabağ” - "Kopenhagen" matçı başladı - CANLI YAYIM

23 August 2017, 23:01
Gündəm
Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yekun vurulacaq. Turnirdəki təmsilçimiz “Qarabağ” "Kopenhagen" ilə qarşılaşır. Ağdam klubu Bakıdakı ilk oyunda 1:0 hesablı qələbə qazandığından səfərə üstün yollanıb. Çempionumuz qol vuracağı halda, istənilən minimal hesablı məğlubiyyət də mərhələ adlamağa imkan verəcək. Bu, baş verərsə, “Qarabağ” növbəti dəfə tarix yazmaqla Çempionlar Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu kimi tarixə düşəcək. UEFA Çempionlar Liqası Pley-off mərhələsi, cavab görüşü “Kopenhagen” (Danimarka) - “Qarabağ” (Azərbaycan) Baş hakim: Alberto Undiano Malyenko Köməkçi hakimlər: Roberto Alonso, Raul Kabanero Dördüncü hakim: Dieqo Barbero Sevilla Kopenhagen. “Parken” stadionu