Sosial şəbəkədə biz:

Ərdoğan Bakıya niyə gəlmir? - Səbəbi məlum oldu

30 August 2017, 19:34
Gündəm
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin təxirə düşməsinin səbəbi məlum olub. “ Azinforum.az ” ın APA-ya istinadən məlumatına görə, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral səfərin təxirə salınmasının iş proqramı ilə bağlı olduğunu açıqlayıb. Qeyd edək ki, səfər bu il sentyabrın 10-11-də gerçəkləşməliydi. Səfər çərçivəsində Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasının keçirilməsi də nəzərdə tutulurdu.