Sosial şəbəkədə biz:

Azərbaycanlı oğlan 15 yaşında universitetə girdi -FOTO

05 September 2017, 13:22
Gündəm
İsayev Elcan Sabir oğlu ADAU-nun builki tədris ilinin ən gəc tələbəsidir. Onun cəmi 15 yaşı var. Elcan 2002-ci ildə Tovuzun Həsənli kəndində anadan olub. Hazırda, rayonun Dondar Quşçu kəndində yaşayır. Lent.az-ın məlumatına görə, ADAU-nun “meşəçilik” ixtisasını seçən E. İsayev bu ixtisasda təhsil almaqla gələcəkdə uğurlu karyera əldə edəcəyinə inanır. Qeyd edək ki, “meşəçilik” ixtisası ADAU-nun yalnız dövlət sifarişli ixtisaslarından biridir. Əlavə olaraq onu da qeyd edək ki, 2017-2018-ci tədris ilində respublikanın ən yaşlı abituriyent - Quba rayon sakini Qazıyev Əfsəl Seyfəl oğlu da bu ali təhsil müəssisəsində əyani təhsili seçib.