Sosial şəbəkədə biz:

Məşhur həkimin evinə basqın edən şəxslər saxlanıldı

05 September 2017, 14:23
Gündəm
Azərbaycanda məşhur həkimin evinə basqın edən şəxslər saxlanılıblar. Report xəbər verir ki, polisin keçirdiyi əməliyyat nəticəsində uroloq, professor Kamal Abdullayev və həyat yoldaşına qarşı quldurluq edən 4 nəfər tutulub. Saxlanılan şəxslər Anar Əmirli, Elməddin Musayev, Natiq Musayev və Bəhruz Hacızadədir. Fakt üzrə Binəqədi Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir. Xatırladaq ki, quldurluq hadisəsi bu il iyulun 29-da baş verib. Naməlum şəxslər K.Abdullayevin Binəqədi rayonu, Rəsulzadə qəsəbəsindəki evinə daxil olaraq, məşhur uroloqun və həyat yoldaşının əl-qollarını bağlayıb, işgəncəyə məruz qoyublar. Quldurlar evdən 5 min dollar pul və həkimin bahalı qol saatını aparıblar.