Sosial şəbəkədə biz:

Myanma qaçqınlarının sayı 300 min nəfərə çata bilər

07 September 2017, 09:57
Gündəm
Myanmadan Banqladeşə qaçan Rohinca müsəlmanlarının sayı əvvəlki rəqəmləri iki dəfə üstələyə və təqribən 300 min nəfər təşkil edə bilər. RİA "Novosti" xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) Banqladeş üzrə nümayəndəsi Dipayan Bxattaçariyaya istinadən "Reuters" məlumat yayıb. Bundan əvvəl açıqlanan rəqəm 146 min nəfər təşkil edirdi. O bildirib ki, daha yüksək rəqəm həddinə əsaslanaraq, ÜƏP 4 ay ərzində 300 min qaçqının yüksək kalorili biskvit və düyü ilə təmin edilməsi üçün əlavə olaraq 13,3 milyon dollar vəsaitə ehtiyac duyacaq.