Sosial şəbəkədə biz:

Emin Ağalarovun kanalı Ermənistanda bloklandı

07 September 2017, 14:40
Gündəm
Jara TV-nin Ermənistanda yayımı dayandırılıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Beat Group”un mətbuat xidməti məlumat yayıb.  “Jara” festival çərçivəsində yaradılan kanalın yayımına sentyabrın 1-dən etibarən qadağa qoyulub. Müxtəlif televiziyalarda göstərilən televiziyadan Ermənistan narahatlıq keçirib. Ölkə rəsmiləri Jara TV-nin Azərbaycanı təbliğ etdiyi üçün bloklandığını bildirib. Xatırladaq ki, kanal bəstəkar-müğənni Emin Ağalarovundur və bir çox MDB ölkələrində yayımlanır.