Sosial şəbəkədə biz:

“Qarabağ” - “Roma” oyununa artıq 12500 bilet satılıb

09 September 2017, 11:15
Gündəm
Sentyabrın 7-dən "Qarabağ" - "Roma" oyununun biletləri satışa çıxarılıb. Virtualaz.org xəbər verir ki, dünənki günün sonuna 12.500 bilet satılıb. Xatırlafaq ki, “Qarabağ” - “Roma” matçı sentyabrın 27-si, saat 20:00-da start götürəcək. eTicket saytında elektron satışdan əlavə, biletləri “canlı” olaraq aşağıdakı ünvanlardan əldə etmək mümkündür: Asan Xidmət Mərkəzləri Heydər Əliyev Sarayının kassası 28 Mall Gənclik Mall Park Bulvar (Qarabağ FK Fanshop) M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı) Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı) Üzeyir Hacıbəyov küç., 69x (Hökumət evinin arxası) Biletlərin qiymətləri: VIP – 50 AZN Kateqoriya 1 – 20 AZN Kateqoriya 2 – 10 AZN Kateqoriya 3 – 5 AZN Kateqoriya 4 – 2 AZN