Sosial şəbəkədə biz:

Türkiyədə yeni Atatürk qalmaqalı - (Foto)

atatTürkiyənin Aydın Bələdiyyəsində skandal yaşanıb. Aydının Didim mahalı meydanında olan Atatürkün heykəlinin yıxılmaması üçün iplə divara bağlanması qalmaqala səbəb olub. Müxalifət partiyası CHP üzvü olan bələdiyyə rəhbərliyi keçən ilin iyun ayından indiyə kimi yıxılmaması üçün iplə bağladıqları Atatürkün heykəli qarşısında mərasim keçirib. Heykəlin vəziyyəti ilə əlaqədar 9 ay əvvəl xəbərdarlıq etdiyini bildirən sakinlər Atatürkün heykəlinin vəziyyətinin Didimə yaraşmadığını deyiblər. Sakinlər Didimə minlərlə xarici turistin gəlməsinə diqqət çəkərək qeyd ediblər ki, Atatürkün heykəlinin 9 aydır qəzalı vəziyyətə düşməsinin utancverici olduğunu bildiriblər. Onların sözlərinə görə, Atatürkün mülki geyimli ən böyük heykəllərindən birinin iplə bağlanmasına Atatürkün partiyasına mənsub bir partiyadan seçilmiş bələdiyyə sədrinin laqeyd qalması təəccüblüdür (ANS PRESS).  


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol