Sosial şəbəkədə biz:

Avropa Oyunları Təşkilat Komitəsində gözlənilməz - İstefa

olBakıda keçiriləcək Avropa Oyunlarının başlamasına 85 gün qalmış Kommunikasiya şöbəsinin rəhbəri Uilyam Lui-Mari vəzifəsini tərk edib. Azinform.az oxu.az-a istinadən xəbər verir ki, o, işdən “şəxsi səbəblərlə əlaqədar” çıxıb. “Təəssüf edirəm ki, şəxsi səbəblərə görə BEGOC-un möhtəşəm komandası ilə bu “səyahəti” axıra çatdıra bilməyəcəyəm, - deyə, Lui-Mari Insidethegames-ə bildirib. – Mən şadam ki, Bakıda işləyə bildim və əminəm ki, Avropa oyunları uğurla keçəcək”. Fransızın öz işini tərk etməsi həmkarları üçün çox gözlənilməz olub. Onun yerini Lui-Marinin müavini Kolin Qibson tutub. Qibson The Sunday Telegraph və The Daily Mail kimi mətbu orqanlarda idman redaktoru işləyib. Həmçinin o, İngiltərə Futbol Assosiasiyası və Beynəlxalq Kriket İttifaqında ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri olub.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol