Sosial şəbəkədə biz:

10 nəfər evə basqın etdi: evdəkiləri döyüb 18 yaşlı qızı qaçırdılar - (Foto)

  Gədəbəydə görünməmiş qız qaçırma hadisəsi baş verib.  Bu barədə qaçırılan qızın atası Füzuli Aslanov ANS PRESS-ə məlumat verib. Hadisə rayonun Qurudərə kəndində qeydə alınıb. Füzuli Aslanovun sözlərinə görə, axşam saatlarında 10 nəfər evlərinə basqın edib. Evə girən şəxslər ailənin yaşlı sakinlərini döyüb və 18 yaşı tamam olmayan qızı Aytəkin Aslanovanı qaçırıblar. Qonşuları onlara mane olmaq istəsələr də, buna nail olmayıblar. Füzuli Aslanov bildirib ki, hadisə baş verən zaman evdə olmayıb. Hadisə barədə polisə məlumat verilib. Gədəbəy rayon polis şöbəsinin müstəntiqi Şair Rzayev bildirib ki, hadisə ilə bağlı artıq araşdırmalara başlanılıb. “Araşdırmalar zamanı məlum olub ki, qızı Vüsal adlı şəxs evlənmək məqsədilə qaçırıb. Hələlik həmin şəxslə danışmaq mümkün olmayıb. Hadisə araşdırılır”- deyə Şair Rzayev bildirib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol