Sosial şəbəkədə biz:

Obama Fələstin dövlətinin yaradılmasını dəstəklədi

ABŞ prezidenti Barak Obama bəyan edib ki, İsrail-Fələstin bölgəsində sabitliyin əldə edilməsinin yeganə yolu Fələstin dövlətinin yaradılmasıdır. Musavat.com-un məlumatına görə, bu barədə “Reuters” agentliyi xəbər yayıb.
“Birləşmiş Ştatlar inanır ki, iki dövlətin yaradılması regionda stabillik yaratmağın ən yaxşı yoludur” – qeyd edib Obama. Bununla yanaşı, Ağ Ev başçısı əlavə edib ki, İsrailin baş naziri Benyamin Netanyahunun bu məsələyə ayrı yanaşması var.
Az öncə Braka Obama “The Huffington Post”a müsahibəsində bildirmişdi ki, Netanyahunun Fələstin dövlətinin varlığını etiraf eləmək istəməməsi konfliktin həll yolları axtarışını çətinləşdirir.
 


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol