Sosial şəbəkədə biz:

“Sadval”çı ləzgi millətçisini boğub öldürdülər

Millətçi “Sadval” ləzgi hərəkatının fəal üzvü, ictimai xadim Ruslan Maqomedrahimov dünən Dağıstanın Kaspiysk rayonundakı parkların birində ölü tapılıb. Virtualaz.org saytının Dağıstan müxbiri xəbər verir ki, Ruslan Maqomedrahimovun yaxınları və qohumları onun öz əcəli ilə öldüyünə inanmadıqlarını bildiriblər. Meyit morqa aparılıb və yarılıb. Tibbi ekspertiza Ruslan Maqomedrahimovun zorakılıqla qətlə yetirildiyini təsdiqləyib. Onu boğaraq öldürüblər. Ruslan Maqomedrahimovun 45 yaşı var idi. O, uzun illər orduda xidmət edib, sonra isə mülki aviasiya sahəsində çalışıb, təyyarəçi olub. Son illər ictimai fəaliyyətlə məşğul idi. “Sadval” millətçi hərəkatının fəal üzvü idi. “Sadval” Azərbaycan tərəfindən terror təşkilatı kimi tanınıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol