Sosial şəbəkədə biz:

Azərbaycanda məhkum öldü - Səbəb

26 March 2015, 15:15
Gündəm
Azərbaycanda məhkum xəstəlikdən ölüb. APA-nın məlumatına görə, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində qeydə alınıb. Orada müalicə alan, məhkum, 1966-cı il təvəllüdlü Alik Bermetov xəstəlikdən dünyasını dəyişib. Nizami rayon Prokurorluğundan APA-ya bildirilib ki, ölümün səbəblərini müəyyənləşdirməkdən ötrü tibbi ekspertiza təyin edilib. Faktla bağlı araşdırma aparılır.