Sosial şəbəkədə biz:

Bir hərbçimiz şəhid oldu

27 March 2015, 13:19
Gündəm
Dünən axşam təmas xəttində ordumuzun hərbçisi şəhid olub. Martın 26-da erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq mövqelərimizi atəşə tutublar. Virtualaz.org saytı xəbər verir ki, atəşkəsin pozulması nəticəsində Silahlı Qüvvələrin hərbi qulluqçusu Kazımov Etibar Xudavi oğlu düşmən tərəfindən açılan atəşdən şəhid olub. Müdafiə Nazirliyindən virtualaz.org saytına faktı təsdiqlədilər: “Şəhid hərbçimizin ailəsinə dərin hüznlə başsağlığı veririk”.