Sosial şəbəkədə biz:

“Human Rights Watch”un əməkdaşı Bakı aeroportunda saxlanıldı

“Human Rights Watch” beynəlxalq hüquq müdafiə təşkilatının nümayəndəsi Georgi Qogia martın 31-də saat 17-də Bakı aeroportunda saxlanılıb. Bu barədə Avropa Şurasının insan hüquqları üzrə keçmiş komissarı Tomas Hammerberq Twitterdəki mikrobloqunda yazıb. “Qafqazinfo” xəbər verir ki, “Turan”ın Azərbaycan XİN-ə sorğusuna cavabda bununla bağlı məlumata malik olmadıqlarını bildiriblər. Sərhəd Xidmətindən şərh almaq da mümkün olmayıb. Qogianın mobil telefonu vasitəsilə əlaqə saxlamaq da mümkün olmayıb. Qogianın Bakıya gəlişinin məqsədi açıqlanmır. Həmçinin onun məhz haradan gəldiyi də məlum deyil. “Gürcüstan vətəndaşı və “Human Rights Watch” təşkilatının əməkdaşı olan Georgi Qogiyanı Azərbaycan ərazisinə buraxmayıblar”. Bunu virtualaz.org saytına açıqlamasında Gürcüstanın Azərbaycandakı səfirliyinin I katibi Kaxa Abdaladze deyib. Gürcü diplomatın sözlərinə görə, G.Qogiya hazırda Bakı aeroportundakı neytral zonadadır və tezliklə Azərbaycanı tərk edəcək.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol