Sosial şəbəkədə biz:

Lukaşenkodan Putini qəzəbləndirəcək şok etiraf

01 April 2015, 14:12
Gündəm
Belarus prezidenti Aleksandr Lukaşenko  hər kəsi təəccübləndirəcək açıqlama verib.
Avropa.info xəbər verir ki, Lukaşenko “Bloomberg” agentliyinə müsahibəsində Ukraynada stabilliyin bərpasının ABŞ-ın iştirakı olmadan mümkün olmayacağını deyib.  O bildirib ki, Ukraynanın şərqindəki münaqişənin nizama salınması danışıqlarında ABŞ-ı “Normand formatı”na cəlb etməmişdilər.
Lukaşenko deyib: “Hesab edirəm ki, amerikalıların iştirakı olmadan Ukraynada heç bir stabillik ola bilməz. Mən son vaxtlar ABŞ-ın rəsmi təmsilçiləri ilə görüşürəm. Doğrusu, amerikanların Şərqi Avropada - Ukraynada nə istədiyini hələ də bilmirəm. Yox, əgər onlar regionda sülh istəyirlərsə, dərhal bu prosesə qoşulmalıdırlar”.