Sosial şəbəkədə biz:

Ərdoğan şəhid prokurora görə səfərini yarımçıq qoydu

01 April 2015, 14:39
Gündəm
Ruminiyada rəsmi səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün axşam üçün nəzərdə tutulan proqramları ləğv edərək, səfərini yarımçıq qoyub. Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb ötən gün terrorçuların prokuror Məhməd Səlim Kirazı öldürməsidir. Qeyd edək ki, prezident paytaxt Ankaraya yox, İstanbul şəhərinə gedəcək.