Sosial şəbəkədə biz:

Direktor müavini 5 milyon pul yeyib – Bakıda

“Royal bank” ASC-nin Plastik Kartlar Departamentinin direktor müavininə cinayət işi açılıb.   Baş Prokurorluqdan Axar.az-a verilən məlumata görə, “Royal bank” ASC-nin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.   Araşdırmalar zamanı Gülşən Mustafayevanın 2011-2012-ci illərdə “Royal bank” ASC-nin Plastik Kartlar Departamentinin direktor müavini vəzifəsində işləyərkən öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd istifadə edib. O, cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərinin həqiqi mənbəyini gizlətmək üçün həmin bankın filialları vasitəsilə 4 milyon 817 min manat məbləğində pul vəsaitlərinin köçürülməsi ilə bağlı maliyyə əməliyyatlarını həyata keçirməklə leqallaşdırmasında şübhə bilinir. Hazırda onun barəsində Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 193-1.3.2-ci (külli miqdarda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddələri ilə cinayət işi başlanıb. Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol