Sosial şəbəkədə biz:

Bakıda AA seriyalı maşına hücum- Qızıl oğurlanıb

02 April 2015, 14:39
Gündəm
Bakıda özəl firmaya məxsus AA seriyalı maşının şüşələri sındırılıb. Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsində baş verib. Elə həmin küçədə yaşayan  Böyük Britaniya vətəndaşı 1977-ci il təvəllüdlü Azər Əliyevin idarə etdiyi Ram-X firmasına məxsus Nissan–Patrol markalı 10 AA 681 nömrəli avtomobilin şüşələri sındırılıb. Maşından 3 min fund sterlinq, qızıl-zinət əşyaları və şəxsiyyət vəsiqələri oğurlanıb. Faktla bağlı araşdırma aparılır.