Sosial şəbəkədə biz:

Dələduz şirkətdən 15 ailəyə zərbə

“Azərtikinti ATF” MMC 15 payçını evsiz qoyub. Axar.az-a verilən məlumata görə, şirkətin sahibi Azər Quliyev ev dələduzluğuna görə həbs olunduqdan sonra vətəndaşlar mənzillərini ala bilməyib. Onların mənzillərinə iş adamı İsfəndiyar Axundov şərik çıxıb. 2008-ci ildən evlərini ala bilməyən payçıların sözlərinə görə, İ.Axundov mənzilləri onlara yenidən satmağı təklif edir. Bu isə sakinlərə ikiqat qiymətə başa gəlir. Qeyd edək ki, şirkətin Bakının Xətai rayonu, Telnov küçəsi 23-47/48 ünvanında binaları inşa olunub.  


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol