Sosial şəbəkədə biz:

Kollec direktoru aprel Şəhidinin ruhuna sayğısızlıq - Şəhidimizin portretini sökdürdü

25 September 2017, 11:23
Gündəm
Aprel döyüşlərində qəhrəmancasına Şəhid olan Xüsusi Təyinatlı Dəstəmizin giziri Pəncəli Teymurovun Astara şəhəri Pedoqoji kollecindəki xatirə güşəsi kollec direktoru tərəfindən sökdürülüb. Bu haqda Azinforum.az-a şəhid Rəşid Bağırovun oğlu Xəyal Bağırov məlumat verib. Xəyal Bağırov şikayətində bildirib ki, Şəhidimizin xatirə güşəsi kollecin direktoru Ağabala müəllim tərəfindən sökdürülüb. Xatırladaq ki, Pəncəli Nurməhəmməd oğlu Teymurov 1981-ci il martın 24-də Astara rayon Əzərüd kəndində anadan olub. Ordumuzun giziri olan Pəncəli aprel döyüşləri zamanı qəhrəmancasına Şəhid olub. Məsələylə bağlı əməkdaşımız araşdırmaya başlayıb. Hadisənin necə baş verməsi ilə bağlı ətraflı məlumat verəcəyik. Kollec direktoru aprel Şəhidinin ruhuna sayğısızlıq Kollec direktoru aprel Şəhidinin ruhuna sayğısızlıq