Sosial şəbəkədə biz:

Heydər Əsədova yeni vəzifə verildi, Ziya Məmmədovu əvəzlədi

26 September 2017, 18:36
Gündəm
Prezident İlham Əliyev "Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Prezidentinin 2008-ci il 6 mart tarixli 2708 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb Dəyişikliyə əsasən, sərəncamın 1-ci hissəsində "Ziya Məmmədov - Azərbaycan Respublikasının nəqliyyat naziri” sözləri "Heydər Əsədov - Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri” sözləri ilə əvəz edilir. Xarici İşlər Nazirliyinə bu sərəncamla edilən dəyişiklik barədə Bolqarıstan tərəfinə müvafiq bildiriş göndərmək tapşırılıb.