Sosial şəbəkədə biz:

Bu gün Azərbaycana qar yağacaq

27 September 2017, 10:08
Gündəm
Bu gündən Bakıda və ölkənin əksər ərazilərində hava şəraiti pisləşəcək. “Qafqazinfo” xəbər verir ki, ETSN-nin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə bu gün Bakıda və Abşeron yarımadasında hava şəraiti qeyri-sabit keçəcək. Arabir yağış yağacağı, bəzi yerlərdə isə intensiv olacağı gözlənilir. Havanın temperaturu 5-7 dərəcə aşağı enəcək. Azərbaycanın bəzi bölgələrində isə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi gözlənilir.