Sosial şəbəkədə biz:

Alman futbolçu "Beşiktaş" azarkeşlərinin səsinə dözə bilmədi (FOTO)

27 September 2017, 12:23
Gündəm
UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində İstanbulda keçirilən "Beşiktaş" - "Leypsiq" oyunu maraqlı məqamla yadda qalıb. Trend-in məlumatına görə, alman futbolçu Timo Verner stadionda azarkeşlərin yüksək səsindən narahat olunca qulaqlarına tıxaclar taxıb. Lakin bu da "Leypsiq"in ulduzuna kömək etməyib. T.Verner 32-ci dəqiqədə əvəzlənib. Qeyd edək ki, oyun 2:0 hesabı ilə "Beşiktaş"ın xeyrinə başa çatıb.