Sosial şəbəkədə biz:

Bu hakimlərin icraatına yeni cinayət işləri verilmir

28 September 2017, 20:57
Gündəm
Bakı Ağır Cinayətlər Məhkəməsində fəaliyyət göstərən 5 hakimin səlahiyyət müddəti başa çatıb.
Bunlar - İradə Həsənzadə, Rauf Əliyev, Rasim Sadıxov, Eynulla Vəliyev və Əhməd Quliyevdir. Bununla bağlı müvəqqəti olaraq həmin hakimlərin icraatına yeni cinayət işləri verilmir. Qeyd edək ki, hakimlərin 5 ildən bir səlahiyyət müddəti başa çatırr. Bu müddət ərzində yoxlamalar aparılır və bunun nəticəsində müddətin uzadılması məsələsinə baxılır.