Anası öldürülən azərbaycanlı uşağın şok görüntüləri: - "Anamı gözümün önündə öldürdülər" (VİDEO)
İraqda hökumət əsgərləri İŞİD-lə savaşda ələ keçirdikləri ərazidə sağ qalan azərbaycanlı uşaq tapıblar.
AZXEBER.COM - a göndərilən görüntülərdə balaca uşağın əsgərlərlə söhbəti əksini tapıb. Yaralı vəziyyədə olan azərbaycanlı uşaq ərəb dilində ona sual verən əsgərləri başa düşmədiyi üçün öz dilində danışır. O qolundan yaralandığını və anasının öldürüldüyünü deyib.
Əsgərlər həmin ərazidə bir çox uşaq meyidləri də aşkarlayıblar. Həmin uşaq meyidləri İŞİD-də vuruşmaq üçün gələn yaraqlıların uşaqlarıdır. Onlar arasında valideynləri öldürülmüş azərbaycanlı uşaqların olduğu istisna edilmir.