Sosial şəbəkədə biz:

Azərbaycandan qaçdığı deyilən Azərdən açıqlama : "Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı" - FOTO

02 October 2017, 12:11
Gündəm
ATV kanalından qovulan və “Yoxlama” adlı verilişi bağlanan Azər Zahid ölkədən qaçması barədə yayılan xəbərlərə aydınlıq gətirib. Musavat.com xəbər verir ki, sosial şəbəkədə açıqlama yayan aparıcı xanımı ilə foto paylaşaraq artıq Bakıda olduğunu bildirib: “Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı. Ölkəmi necə çox sevirəm. Bu gün gözəl şəhərimə qayıtdım. Hava limanında hər kəs mənə qəribə baxırdı. Maraqlıdır”. Screenshot_2017-10-02-11-46-26.png (873 KB)