Sosial şəbəkədə biz:

Rəsmi Bağdad Ərbillə maliyyə əməliyyatlarını dayandırdı, Bərzaniyə səsləndi: "Gəl, problemləri danışaq"

03 October 2017, 20:17
Gündəm
 
Iraq parlamenti Kürd Muxtariyyətinin lideri Bərzaniyə dialoq çağırışı edib.
Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, parlament bu çağırışının müstəqilliklə əlaqəli olmadığını bəyan edib: "Gəlin, müstəqilliyi deyil, problemləri müzakirə edək".
Iraq Parlamenti bu gün bu çağırışla bərabər, Kürd Muxtariyyəti ilə maliyyə məsələlərini də müzakirəyə çıxarıb: "Müzakirələrdən sonra səsvermə keçirilib. Səsverməyə əsasən, muxtariyyətlə maliyyə əməliyyatlarının dayandırılmasına qərar verilib".