Sosial şəbəkədə biz:

Bakı mədəniyyət müəssisələrində yeni təyinatlar oldu - Dəyişiklik

05 October 2017, 12:17
Gündəm
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin müvafiq əmrinə əsasən, bir neçə mədəniyyət müəssisələrinin rəhbərliyində rotasiya qaydasında dəyişikliklər edilib. Mia.az sözügedən idarəyə istinadən xəbər verir ki, dəyişikiyə əsasən, Q.Abbasov adına mədəniyyət sarayının direktoru Məmməd Rza oğlu Rzayevtutduğu vəzifədən azad olunaraq Şağan qəsəbə klubuna, Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin direktor müavini Tofiq Ağarza oğlu Dadaşov isə H.Abbasov adına mədəniyyət evinə direktor vəzifələrinə təyin olunublar: "İdarənin digər əmrinə əsasən R.Aboyev adına mədəniyyət və istirahət parkının direktoru Fikrət Zinun oğlu Urucəliyev tutduğu vəzifədən azad olunaraq, Q.Abbasov adına mədəniyyət sarayının direktoru vəzifəsinə təyin edilib".