Sosial şəbəkədə biz:

Hacı Qalib üzr istəsə, onu bağışlayaram - Deputat

05 October 2017, 13:11
Gündəm
Sabah millət vəkili Çingiz Qənizadənin sabiq həmkarı Qalib Salahzadəyə qarşı şikayəti üzrə məhkəmə prosesi keçiriləcək. Hacı Qalibə qarşı xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə qaldırılmış iddia ərizəsi üzrə məhkəmənin hazırlıq iclası saat 11:15-də, Sabunçu Rayon Məhkəməsində baş tutacaq. Mia.az xəbər verir ki, deputat Çingiz Qənizadə sabahkı məhkəmə ilə bağlı azvision.az-a bildirib ki, Hacı Qalib, haqqında səsləndirdiyi fikirlərə görə üzr istəsə, onu bağışlamaq olar: "Bu məsələdə fikrim qətidir. O, haqqımda dediyi sözlərə məhkəmədə aydınlıq gətirməlidir. Əgər Hacı Qalib üzr istəsə, fikirlərini izah edə bilsə, onu bağışlamaq məsələsinə baxmaq olar”.