Sosial şəbəkədə biz:

Azərbaycan - Çexiya: Qonaqlar yenidən önə keçdi: 1-2 (CANLI YAYIM)

05 October 2017, 21:31
Gündəm
DÇ-2018-in seçmə mərhələsində keçiriləcək Azərbaycan - Çexiya oyunu başlayıb. Oyunun birinci hissəsi Çexiya milli yığma komandasının 1:0 üstünlüyü ilə başa çatıb. Rəqib komandadan topu 35-ci dəqiqədə Yan Kopiç millilərimizin qapısından keçirib. Oyunun 2-ci hissəsində millilərimiz hesabı bərabərləşdirməyə müvəffəq olublar. Oyunun 55-ci dəqiqədə Ərfan İsmayılov penaltidən topu qonaqların qapısından keçirib: 1-1 66-cı dəqiqədə isə qonaqlar yenidən önə keçib. Antonin Barak baş zərbəsi ilə qol vurub: 1-2 Musavat.com-un UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, komandalar meydana aşağıdakı tərkibdə çıxıb: Azərbaycan: 1. Kamran Ağayev, 3. Məhəmməd Mirzəbəyov, 4. Pavel Paşayev, 6. Bədavi Hüseynov, 10. Ruslan Qurbanov, 13. Dmitri Nazarov, 14. Rəşad Sadıqov (k), 16. Cavid Hüseynov, 19. Rahid Əmirquliyev, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov Ehtiyat oyunçular: 12. Anar Nəzirov, 23. Emil Balayev, 2. Qara Qarayev, 5. Ürfan Abbasov, 8. Renat Dadaşov, 9. Namik Ələskərov, 11. Ramil Şeydayev, 15. Ruslan Abışov, 17. Mahir Mədətov, 18. Təmkin Xəlilzadə, 21. Tərlan Quliyev Çexiya: 23. Jiri Pavlenka, 2. Pavel Kaderabek, 5. Yakub Brabeç, 8. Vladimir Darida, 10. Josef Huşbauer, 11. Mixael Krmençik, 13. Yan Kopiç, 14. Yakub Yankto, 17. Marek Suşi (k), 18. Yan Boril, 20. Antonin Barak Ehtiyat oyunçular: 1. Tomaş Vaçlik, 16. Tomaş Kubek (q), 4. Yan Sikora, 6. Mixael Lüftner, 7. Yaromir Jmrhal, 9. Barek Dokal, 12. Simon Falta, 15. Tomaş Suçek, 19. Yan Kliment, 21. Vaçlav Kadleç, 22. Filip Novak