Sosial şəbəkədə biz:

İki reket jurnalist həbs olundu

Fransa polisi Mərakşe kralı VI Məhəmmədi şantaj etməyə cəhd edən iki jurnalisti həbs edib. Avropa.info xəbər verir ki, fransız jurnalistlər Erik Loran və Katrin Qrasye kralın nümayəndələrinə zəng edərək, kralı biabır edəcək məlumatlarla dolu yeni kitabı nəşr edəcəklərini bildiriblər. Bir neçə gün sonra Parisdə Loranla kral ailəsinin nümayəndələri arasında görüş olub. Görüş zamanı jurnalistlər kitabı çap etməmək qarşılığında kraldan 3 milyon avro rüşvət istəyiblər. Lakin kralın təmsilçiləri razılaşmaya getməyib, polisə şikayətlə müraciət ediblər. Görüşün keçirildiyi restorandan çıxan Loran və Qrasye həbs olunublar.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol