Oğluna peyvənd vurdurmayan ana həbs edildi - FOTOLAR
Doqquz yaşlı oğluna peyvənd vurdurmayan qadın həbs edilib.
ABŞ-ın Miçiqan şəhərində doqquz yaşlı oğluna peyvənd vurdurmayan ana Rebekka Breda məhkəmə tərəfindən həbs edilib. Qadın bunun dini baxımdan yolverilməz olduğunu bildirərək özünü bu işə məcbur edə bilmədiyini bildirib. Uşağın atası Djeymson Xornom da oğluna peyvənd vurulmasının tərəfdarı olduğunu bildirib. Şikayət əsasında məhkəmə qadını həbs edərək atasına uşağı peyvənd etdirməyi şərt qoyub. Yalnız bundan sonra uşağın anası azadlığa buraxılacaq.
Moderator.az uşağın anasının fotolarını təqdim edir.
