Erdoğan: İdlibdə ciddi əməliyyat davam edəcək
Türkiyə prezidenti Recep Tayyip Erdoğan, Suriyanın İdlib vilayətində hərbi əməliyyatın başlandığını bildirib.
"İndi İdlibin təhlükəsizliyini təmin etmək üçün yeni bir addımla Fərat Qalxanıəməliyyatı üzrə özümüzə açdığımız mövqenin daha da irəliləməsinə səy göstəririk", - Recep Tayyip Erdoğan deyib. "Məsələn, İdlibdə ciddi bir əməliyyat var və bu davam edəcək. " Erdoğan, Türkiyə ordusunun hələ ki, İdlibə girmədiyini bildirib. İdlib şəhəri Türkiyənin Hatay əyaləti ilə həmsərhəd bölgədə yerləşir. Ötən həftə Türkiyə ordusu Suriya ilə sərhəd bölgəyə yerləşdirilib. Bundan əvvəl Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusunun (ASO) Həmzə batalyonu İdliblə bağlı əməliyyatın başlandığını bildirib. "Hürriyet" qəzetinin verdiyi məlumata görə, Hələb şəhərinin şimalındakı ərazidən ayrılan ASO döyüşçüləri Türkiyə ərazisinə daxil olduqdan sonra İdlibə yaxın bölgədən yenidən sərhədin qarşı tərəfinə keçiblər.
Fotonun müəllifiGETTY IMAGESAstana razılaşması
Türkiyə, Rusiya və İran İdlib bölgəsində dörd təhlükəsizlik zonasının yaradılması barədə razılaşmaya imza atıblar. May ayında Astanada əldə olunan qərar bölgəyə hərbçilərin göndərilməsini nəzərdə tutur. Türkiyə prezidenti Recep Tayyip Erdoğan türk əsgərlərin İdlib sərhədləri daxilində, Rus hərbçilərinin isə onun kənarında fəaliyyət göstərəcəyini bildirib.Türkiyə həmsərhəd Suriya bölgələrində baş verən qeyri-sabitliyi təhlükəsizliyinə hədə hesab edir.
