Sosial şəbəkədə biz:

Elmar Məmmədyarov: “Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılış mərasimi oktyabrın 30-da keçiriləcək”

08 October 2017, 12:01
Gündəm
“Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin rəsmi açılış mərasimi oktyabrın 30-da keçiriləcək”. APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Tbilisidə gürcü həmkarı Mixeil Canelidze ilə görüşdə bildirib. Qeyd edək ki, XİN başçıları arasında görüş GUAM-ın 20 illiyinə həsr olunan təşkilata üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində baş tutub.