Sosial şəbəkədə biz:

Serbiyalı nazir Ərdoğanın şərəfinə türk mahnısı oxudu - VİDEO

11 October 2017, 10:30
Gündəm
Serbiya Prezidenti Aleksandr Vuçiçin dəvəti ilə bu ölkəyə səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şərəfinə verilən ziyafətdə maraqlı anlar yaşanıb.
  
Moderator.az xarici mediaya istinadən xəbər verir ki, ziyafətdə Serbiyanın xarici işlər naziri İvitsa Daçiç “Osman ağa” mahnısını türk dilində oxuyub. Nazir “Osman ağa”yı ifa edərkən Ərdoğan da ona qoşulub.
 
Həmin videonu oxuculara təqdim edirik.