Sosial şəbəkədə biz:

Türkmənistan prezidenti Vladimir Putinə it hədiyyə edib

11 October 2017, 15:12
Gündəm
Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov Rusiya prezidenti Vladimir Putinə it hədiyyə edib. APA-nın verdiyi məlumata görə, Rusiya və Türkmənistan prezidentlərinin görüşü MDB ölkələri dövlət başçılarının sammiti çərçivəsində keçirilib. Berdıməhəmmədov Putinə Orta Asiyada məşhur "Alabay" cinsindən olan it hədiyyə edib. Mətbuat nümayəndələrinin önündə it Putinə təqdim olunub. Rusiya prezidenti hədiyyəyə görə türkmənistanlı həmkarına təşəkkürünü bildirib.