Xanım İbrahimova etimadnaməsini İsveçrə Konfederasiyasının Prezidentinə təqdim etdi - FOTO
2017-ci il oktyabrın 10-da Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfiri Xanım İbrahimova etimadnaməsini İsveçrə Konfederasiyasının Prezidenti Doris Loytharda təqdim edib. Bu barədə məlumatı Azinforum.az-a həmin ölkədəki səfirliyimiz verib.
Təqdimetmə mərasimi zamanı D.Loythard X.İbrahimovanı hazırkı vəzifəyə təyin olunma münasibətilə təbrik etmiş və fəaliyyətində uğurlar arzulayıb. O, İsveçrə ilə Azərbaycan arasında münasibətlərin önəmli olduğunu qeyd edərək, AR Prezidenti ilə Davos forumu zamanı görüşdüyünü və bu görüşlərin ənənəvi xarakter aldığını söyləyib.
Öz növbəsində, Azərbaycan Respublikası Prezidentinin salamlarını çatdıran X.İbrahimova İsveçrə ilə münasibətlərə verdiyimiz önəmdən bəhs etmiş, iki ölkə başçıları arasında yüksək səviyyədə siyasi dialoqun əsasında digər sahələrdə də əməkdaşlıq üçün imkanlar yarandığını, bir səfir olaraq bu mövcud əməkdaşlığı daha da gücləndirmək və yeni əməkdaşlıq istiqamətlərini müəyyən etmək əzmində olduğunu bildirib.
Tərəflər Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesinə toxunmuş, İsveçrə tərəfinin bu münaqişənin həlli üzrə danışıqlar üçün platforma təqdim etməsini məmnuniyyətlə qeyd ediblər.
Tərəflər iki ölkə arasında enerji sahəsində əməkdaşlığa da toxunaraq, Şahdəniz-2 layihəsi çərçivəsində Azərbaycan qazının Avropaya çıxarılması və bununla Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi ətrafında fikir mübadiləsi aparıblar.
X.İbrahimova İsveçrə şirkətlərinin Azərbaycanda, SOCAR-ın isə İsveçrədə fəaliyyətinə toxunaraq ölkəmizin iqtisadiyyatının diversifikasiyası istiqamətində görülən işləri və İsveçrə şirkətlərinin qeyri-neft sektoruna sərmayə yatırmaqla bu işə töhfə verməsini müsbət hal kimi qeyd edib.
Həmsöhbətlər həmçinin, iki ölkənin işgüzar dairələri arasında əlaqələrin qurulması baxımından birgə biznes forumların və müştərək iqtisadi komissiyanın fəaliyyətinin vacibliyini vurğulamış, eləcə də iki ölkənin parlamentlərindəki dostluq qrupları arasında əməkdaşlığın əhəmiyyətini qeyd ediblər
Sonda Prezident D.Loythard səfirə bir daha İsveçrədə fəaliyyətində uğurlar arzulayıb.