Sosial şəbəkədə biz:

“Bu, iyrənclikdir” - Tramp qəzəbləndi

12 October 2017, 09:41
Gündəm
ABŞ prezidenti Donald Tramp ölkə mediasında çıxan xəbərlərə sərt münasibət bildirib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Tramp ABŞ mediasını yalan xəbərlər yazmaqda ittiham edib və bunu iyrənclik adlandırıb:
“Guya mən Pentaqonda bir iclasda ABŞ-ın indikindən 10 dəfə artıq nüvə silahına sahib olmasının vacibliyini demişəm. Hazırda kifayət qədər nüvə silahımız var və bunların yaxşı vəziyyətdə olmasını istəyirəm. İclasda müzakirə etdiyimiz məsələ bu olub. Medianın hər istədiyini yaza bilməsi iyrənc bir vəziyyətdir”.