Sosial şəbəkədə biz:

Xoşqədəmin verilişində axtarılan qızın atası özünü asdı - FOTO

20 October 2017, 10:56
Gündəm
Gəncə şəhər sakini Azadxan Əliyev özünü asıb. "Ölkə.Az"-ın məlumatına görə, təxminən bir ay öncə azyaşlı qızı itkin düşən A.Əliyevin dünən yeddi mərasimi olub. Qeyd edək ki, A.Əliyevin həyat yoldaşı ötən ay "Xəzər" televiziyasında Xoşqədəm Hidayətqızının aparıcılığıyla yayımlanan "Səni axtarıram" verilişinə müraciət edərək qızı Əliyeva Nəzrin Azad qızının itkin düşdüyünü bildirmişdi. Xatırladaq ki, ailənin iki qız övladı var. Xoşqədəmin verilişində axtarılan qızın atası özünü asdı