Sosial şəbəkədə biz:

Bakının mərkəzində özünü yandıran şəxs öldü

02 September 2015, 11:58
Gündəm
Bir neçə gün əvvəl Bakıda özünü yandıran şəxs xəstəxanada vəfat edib. Lent.az xəbər verir ki, Səbayel rayonunda üzərinə benzin tökərək özünə od vuran 1973-cü il təvəllüdlü Hüseynov Ayaz  Fikrət oğlu Respublika Yanıq Mərkəzində ölüb. Həkimlər ikinci və üçüncü dərəcəli müxtəlif yanıq xəsarətləri almış 42 yaşlı kişinin həyatını xilas edə bilməyiblər.