Sosial şəbəkədə biz:

Ağdaşda iki qadın özünü binadan atdı- Zəlzələdə+Video

Ağdaş rayonunda zəlzələ zamanı iki qadın özünü binadan aşağı atıb.  Azinforum.az ” APA TV-yə istinadən xəbər verir ki, iki nəfər özünü yaşadığı evin ikinci mərtəbəsindən atıb, bir nəfər isə qaçarkən pilləkəndən yıxılaraq xəsarət alıb. Ağdaş Mərkəzi rayon Xəstəxanasının qəbul şöbəsindən verilən məlumata görə, Ağdaş şəhərinin Müşfiq İsayev küçəsindəki 45 saylı evdə yaşayan, 1986-cı il təvəllüdlü Vəfa Fazil qızı İsmayılova və Ərəbocağı kənd sakini, 1953-cü il təvəllüdlü Səkinə Əmirqulu qızı Hüseynova zəlzələ zamanı qorxu və həyəcandan özünü yaşadığı evin ikinci mərtəbəsindən ataraq ağır kəllə-beyin travması və sınıq xəsarətləri alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri orta-ağır qiymətləndirilir.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol