Sosial şəbəkədə biz:

London meri XİN rəhbərini istefaya çağırdı

12 November 2017, 17:03
Gündəm
London meri Sadiq Xan Böyük Britaniyanın Xarici işlər naziri Boris Consondan postunu tərk etməyi tələb edib.
Femida.az-ın “Reuters”ə istinadən verdiyi məlumata görə, Xan bildirib ki, Conson çıxışlarında Liviya, ABŞ, İspaniya və digər ölkələrin vətəndaşlarını təhqir etdiyindən vəzifəsindən getməlidir. İngiltərə XİN-i hələ ki, Sadiq Xanın bu bəyanatını şərh etməyib. Qeyd edək ki, Leyboristlər partiyasından olan Pakistan əsilli Sadiq Xan 2016-cı ildə London meri seçilib. O, tarixə bu vəzifəni tutan ilk müsəlman kimi daxil olub.