İki nəfərə “Əməkdar jurnalist” fəxri adı verildi- SƏRƏNCAM
Prezident İlham Əliyev “Əməkdar jurnalist” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar jurnalist” fəxri adı verilsin:
Quliyev Səlahəddin Məlik oğlu
Paşayev Hüseyn Məmməd oğlu.