Sosial şəbəkədə biz:

Ərdoğan NATO-nun üzrxahlığını qəbul etmədi

18 November 2017, 21:16
Gündəm
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan NATO-nun Norveçdə keçirilən təlimlərində baş verənlərlə bağlı alyansın baş katibinin üzrxahlığını qəbul etməyib. Virtualaz.org xatırladır ki, təlimlərdə NATO-nun şərti düşməni kimi hədəf olaraq Atatürkün və Ərdoğanın portretləri yerləşdirilib. “Reuters” xəbər verir ki, Ərdoğanın sözlərinə görə, bu cür “tərbiyəsiz” hərəkəti sadəcə üzrxahlıqla bağışlamaq qeyri-mümkündür. “Biz NATO-nun təlimlərində hörmətsiz münasibət gördük. Bəzi səhvləri axmaqlar deyil, alçaqlar edir”, - Ərdoğan bildirib və əlavə edib ki, bunu sadə bir üzrxahlıqla bağışlamaq olmaz.