Sosial şəbəkədə biz:

Əsəb dispanserindən 4 gün əvvəl qaçıb... - Meyiti tapıldı

22 November 2017, 12:18
Gündəm
Noyabrın 18-də 2 nömrəli Psixi əsəb dispanserindən qaçan şəxsin meyiti tapılıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qaçdığı üçün axtarışa verilən Məmmədov Fuad Səlim oğlunun cəsədi noyabrın 21-də Səbail rayonu Qazolin küçəsində tapılıb. O, qaçandan sonra bir neçə gün tüfeyli həyat tərzi sürüb. Meyiti üzərində zorakılıq əlamətləri aşkar edilməyib.