Sosial şəbəkədə biz:

Bakıda “təcili yardım”ın sürücüsü döyüldü

23 November 2017, 10:18
Gündəm
Paytaxtda təcili yardım xidmətinə məxsus avtomobilin sürücüsü döyülüb. "Report" xəbər verir ki, hadisə Səbail rayonunda baş verib. Belə ki, Yüzbəy Mürsəlov küçəsi, 92 ünvanında 1984-cü il təvəllüdlü İmamverdiyev Şamil İmamverdi oğlu qəfil naməlum şəxsin hücumuna məruz qalıb. Nəticədə o, döyülüb. Yaralı sürücü xəstəxanaya yerləşdirilib. Faktla bağlı Səbail Rayon Polis İdarəsinə məlumat verilib.