Sosial şəbəkədə biz:

Kəbədəki faciədə ölənlərin kimliyi bilindi

Səudiyyə Ərəbistanının Məkkə şəhərində qaldırıcı kranın aşması nəticəsində ölən 107 nəfərdən 70-nin kimliyi müəyyən edilib.

ANS PRESS-in məlumatına görə, ölənlər arasında 4 türk də var. Bir türk isə, itkin hesab olunur. Məkkə rəhbərliyinin sözlərinə görə, qəza zamanı bəzi cəsədlər tanınmaz hala düşdüyündən onların kimliyini müəyyən etmək çətinlik törədir. Ekspertlər barmaq izləri və toxuma nümunələri ilə ziyarətçilərin şəxsiyyətini müəyyən etməyə çalışırlar.
Qəza nəticəsində azı 238 nəfərin yaralandığı bildirilir.
Səudiyyə Ərəbistanı hökuməti qəzanın baş verməsinə güclü küləklərin səbəb olduğunu göstərib.
Ötən gün kral Salman da hadisənin baş verdiyi Kəbeyi Müəzzəmə məscidində olub. Kral daha sonra “Nur” xəstəxanasında yaralılara baş çəkib.
Hazırda faktla bağlı istintaq araşdırması davam etdirilir.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol